Şimali və Cənubi Koreya arasında GƏRGİNLİK: Kim Çen Inın bacısından ƏMR - FOTO

Şimali və Cənubi Koreya arasında GƏRGİNLİK: Kim Çen Inın bacısından ƏMR - FOTO

Şimali və Cənubi Koreya arasında qeyri-adi davranış səbəbindən gərginlik yaranıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, sərhəddə səsgücləndiricilər vasitəsilə təbliğat apardığına görə Cənubi Koreya Şimali Koreyanın “zibil” balonlarının hücumuna məruz qalıb.

 

Cənubi Koreya ordusunun Baş Qərargahının sözçüsü polkovnik Li Sonq Cunun açıqlamasına görə, Şimali Koreya onun ölkəsinə doğru daha 310 ədəd “zibil” balonları göndərib. Li, bu şarların çoxunun külək səbəbindən Cənubi Koreyaya çatmadığını qeyd edib. Balonların içərisində kağız və plastik olduğunu bildirən Li, heç bir zəhərli maddə aşkar edilmədiyini deyib.

 

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo-jonqun əmri ilə cənub tərəfinin sərhəddə apardığı təbliğat işlərinə cavab olaraq bu cür addım atıblar. Şimali Koreya tərəfi balonların daşıdığı yükün zibil yox, təbliğat materialları olduğunu bildirib.

 

Qeyd edək ki, burada “zibil balon” ifadəsini Cənubi Koreya tərəfi işlədir. Cənublular hesab edir ki, şimaldan göndərilənlər təbliğat vasitəsi yox, zibildir.

 

Xatırladaq ki, təbliğat məqsədilə balonlardan ilk dəfə Cənubi Koreya istifadə edib. Bu ilin mayın 13-də Şimali Koreyaya Pxenyan administrasiyası əleyhinə təbliğat vərəqələri olan təxminən 20 böyük şar göndərilib. Daha sonra Şimali Koreya cavab tədbiri kimi mayın 29-da içində “zibil” olan 150-dən çox şar göndərib. İyunun 2-də isə Cənubi Koreya tərəfi Şimali Koreyanın daha 720 ədəd içində “zibil” olan 720 şar göndərdiyini bildirib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv...

Yağış yağır, külək əsir - FAKTİKİ HAVA

Aprelin 28-i saat 15:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisinin bə...

Xəzərdə dalğanın hündürlüyü 3,7 metrə çatıb

Aprelin 28-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.   Sfera.az xəbər verir...