"Xarici media ilə əməkdaşlıq cinayətdir" - İranda seçkilərlə bağlı XƏBƏRDARLIQ!

İranın baş prokuroru Mohammad Kazem Movahedi-Azadi prezident seçkilərində iştirak edəcək namizədlərə xarici media qurumları ilə əməkdaşlıq etməmələri barədə xəbərdarlıq edib və onlardan etnik və məzhəb həssaslığını artırmaqdan, real olmayan vədlər verməkdən çəkinmələrini istəyib.

 

Sfera.az İran mediasına istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisinin vəfatından sonra keçiriləcək növbədənkənar prezident seçkiləri üçün təşviqat prosesi dünən Konstitusiyanın Keşikçilər Şurasının yekun namizədlərinin adlarını açıqlaması ilə başlayıb.

 

Movahedi Azad Seçki Cinayətlərinin Qarşısının Alınması və Mübarizə Mərkəzi Komitəsinin iclasında verdiyi açıqlamada “Xarici media ilə əməkdaşlıq cinayətdir, seçkilərdə xarici və düşmən mediadan istifadə edilməməlidir”, deyib.

 

İranın baş prokuroru seçki rəsmilərini və namizədləri “milli birliyi vurğulamağa, inqilab və Vilayət-i Fəqih dəyərlərinə hörmət etməyə, seçkilər üçün ədalətli və rəqabət mühiti təmin etməyə” çağırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb oldu - Ölən var

Ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hər...