ABŞ Ukraynaya bu məsələdə icazə verməyəcək

ABŞ Ukraynaya bu məsələdə icazə verməyəcək

ABŞ Ukraynaya Moskva və Kremlə hücum etmək üçün Amerika silahlarından istifadə etməyə icazə vermir.


Sfera.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Amerikanın ABC News kanalına müsahibəsində deyib.



"Onlar (Rusiya silahları) Ukraynadakı xüsusi hədəflərə hücum etmək üçün sərhədi keçdikdə istifadə oluna bilər" ,- Bayden bildirib.



ABC müxbiri ABŞ prezidentinə sual verib ki, Rusiya prezidenti Vladimir Putinin dünən dediyi kimi, Rusiya ərazisindəki hədəflərə qarşı istifadə olunacaq dəqiq silahların tədarükü birbaşa müharibədə iştirakdır.



“Mən onu 40 ildən artıqdır ki, tanıyıram. 40 ildir ki, məni narahat edir. O, vicdansız adamdır. O, hücumu davam etdirərək ölkəsini qorumaq üçün əlindən gələni edir"-, ABŞ prezidenti vurğulayıb.



Qeyd edək ki, Bayden hazırda müttəfiqlərin 1944-cü ildə Normandiyada yerləşdirilməsinin 80 illiyinin qeyd olunduğu Fransadadır.


İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR