Tramp söz verdi: Ukrayna ətrafında vəziyyəti çox tez düzəldəcək

Tramp söz verdi: Ukrayna ətrafında vəziyyəti çox tez düzəldəcək

Ukrayna ətrafında vəziyyətin inkişafı, o cümlədən Kiyevin Rusiyaya hücumları barədə açıqlamaları Üçüncü Dünya Müharibəsinə gətirib çıxarır.


Sfera.az xəbər verir ki, ABŞ lideri postuna növbəti dəfə namizədliyini irəli sürən ABŞ-nin keçmiş prezidenti Donald Tramp "Fox News" telekanalında belə bir fikir səsləndirib.


“Biz Üçüncü Dünya Müharibəsinə yaxınlaşırıq. Baxın, son günlər nələr olub”, - deyə o bildirib.



Respublikaçının fikrincə, Rusiya Prezidenti Vladimir Putin indi nüvə silahından danışır, ona görə ki, Ukrayna Rusiyaya hücum etməkdən danışır. Və o deyib ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden nə deyəcəyini bilmir.



“Ancaq bütün bunlar sonda III Dünya Müharibəsinə gətirib çıxaracaq. Mən Ukrayna ətrafında vəziyyəti düzəldəcəm və çox tez düzəldəcəm. Belə bir şey heç vaxt olmayacaq”, - deyə o, əmin edib.

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR