2025-ci ildə bu ölkələr BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq

2025-ci ildə bu ölkələr BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq

Danimarka, Yunanıstan, Pakistan, Somali və Panama 2025-2026-cı illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq.
 

Sfera.az xəbər verir ki, bu barədə dünya təşkilatının Baş Assambleyasının qərarında bəhs olunub.


Ümumilikdə BMT Təhlükəsizlik Şurasına təşkilatın 15 üzv dövləti daxildir. Hər il strukturun beş qeyri-daimi üzvü ayrılır və onların yerinə başqa beş ölkə seçilir. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün ərizəçi dövlət Baş Assambleyanın müvafiq iclasında zalda iştirak edənlərin ən azı üçdə ikisinin səsini toplamalıdır.
 

2024-cü il fevralın 26-da dünya təşkilatının baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının tərkibində ciddi islahatlara və iş metodlarının dəyişdirilməsinə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, bu struktur hazırkı formada Ukrayna münaqişəsinin və İsrail qoşunlarının Qəzza zolağında əməliyyatının qarşısını ala bilməyib. Dünya təşkilatının rəhbəri vurğulayıb ki, bütün bunlar “ölümcül ola bilər” və BMT Təhlükəsizlik Şurasının nüfuzunu sarsıdıb.

 

İnci
Sfera.az


OXŞAR XƏBƏRLƏR