Bu ingilis qəzeti Rusiyaya işləyir - Kiyevdən İDDİA

Bu ingilis qəzeti Rusiyaya işləyir - Kiyevdən İDDİA

Ukraynanın Energetika Nazirliyi Britaniyanın “Financial Times” (FT) qəzetini Rusiyaya işləməkdə ittiham edib.

 

Sfera.az xəbər verir ki, Kiyev nəşrin “Rusiya Ukraynanın enerji sektorunun yarıdan çoxunu dağıdıb” məqaləsinin “Moskvanın maraqları naminə” yazıldığını açıqlayıb.

 

"İyunun 5-də Britaniyanın “Financial Times” nəşri informasiya və psixoloji əməliyyat əlamətlərinə malik olmaqla yanaşı, həm də manipulyasiya xarakteri daşıyan və düşməndən yayınmağı təşviq edən məqalə dərc edib”, - deyə məlumatda bildirilir.

 

Məqalədə qeyd olunur ki, Ukraynada elektrik enerjisi istehsalı müəssisələrinin gücü raket hücumlarından və zavodların bağlanmasından sonra əhəmiyyətli dərəcədə azalıb, halbuki bu göstərici Avropada ən böyükdür. 

 

FT öz nəşrində ad çəkmədən Ukrayna rəsmilərinə istinad edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR