Anti-islam mövqeyilə seçilən siyasətçi bıçaqlı hücuma məruz qaldı

Son həftələr Almaniyada siyasi xadimlərə qarşı hücumlar daha tez-tez baş verir. Baden-Vürtemberq əyalətinin üçüncü ən böyük şəhəri Mannheimdə altı gündə ikinci dəfə bıçaqlı hücumlar qeydə alınıb.
Sfera.az xəbər verir ki, İslam əleyhinə fikirləri ilə tanınan ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası bu dəfə öz namizədinə hücum olunduğunu bildirib.
Partiya rəsmiləri AFD-nin yerli şura namizədinin çərşənbə axşamı axşam saatlarında bıçaqlı hücuma məruz qaldığını bildirib.
Siyasətçi çoxsaylı xəsarətlər alıb və hazırda xəstəxanadadır. Hücum edən şəxs saxlanılıb. Polis daha sonra açıqlama verəcəklərini bildirib.
Namizəd partiyasının seçki plakatını çıxarmaq istəyən şəxsi dayandırmağa çalışıb və nəticədə ona bıçaqla hücum edilib.
Qeyd edək ki, mayın 31-də bir nəfər canlı yayımda İslam əleyhinə aksiya iştirakçılarına bıçaqla hücum etmişdi. İnsident eyni şəhərdə qeydə alınmışdı. İslam əleyhinə “Pax Europa” qrupunun nümayişi zamanı bıçaqlanma hadisəsi olmuş, bir polisin öldürülmüşdü.
Xatırladaq ki, mitinq yeni başlasa da, sosial şəbəkələrdə artıq canlı yayım gedirdi. Mitinqin təşkilatçıları qəfildən bıçaqlı gəncin hücumuna məruz qalıb. Polisin müdaxiləsinə qədər o, bir neçə nəfəri yaralamağı bacarıb.
Polis anlamadan hücumçunu dayandırmağa çalışan şəxsi uzaqlaşdırıb. Sonra o, asayiş keşikçisinin üzərinə qaçıb və başqa bir polis əməkdaşı onu vurana qədər polisin boynuna bir neçə zərbə endirilib.
29 yaşlı yaralı polis iyunun 2-də xəstəxanada dünyasını dəyişib. Beş yaralıya tibbi yardım göstərilib.
Məlum olub ki, hücum törədən şəxs 9 ildir Almaniyada yaşayan 25 yaşlı Əfqanıstan əsilli gəncdir. Hal-hazırda o da ağır yaralıdır.
Xanım
Sfera.az