Kanadanın ən məşhur seriyalı qatili həbsxanada öldü

Kanadanın ən məşhur seriyalı qatili həbsxanada öldü

Kanadanın ən məşhur seriyalı qatili həbsxanada dünyasını dəyişib. 74 yaşlı Robert Pikton başqa bir məhbus tərəfindən döyülərək xəstəxanada dünyasını dəyişib. 

 

Sfera.az bildirir ki, Robert Pikton 2007-ci ildə altı qadını öldürməkdə təqsirli bilinib.


O, kiçik Port Coquitlam şəhərində donuz ferması işlədib. Donuz fermasında 33 qadının DNT-si tapılıb. Robert özü polisə 49 qətli etiraf edib.

 

Həbsxana rəsmiləri bildiriblər ki, altı qadını öldürməkdə təqsirli bilinən və onlarla daha çox adamı öldürdüyünü etiraf edən seriyalı qatil Robert Pikton bu ayın əvvəlində məhbus yoldaşının hücumuna məruz qalıb. 

Pikton, qurbanlarını donuz fermasına gətirən və onların qalıqlarını heyvanlarına yedizdirən Kanada tarixinin ən məşhur seriyalı qatillərindən biridir. 2007-ci ildə Pikton altı qadını öldürməkdə təqsirli bilinib. O, daha 21 qadının qətlində ittiham olunsa da, bu, ittiham olaraq qalıb və heç vaxt məhkəmədə mühakimə olunmayıb. Çox vaxt onun qurbanları seks işçiləri və ya yerli sakin qadınlar olub.


Pikton həbs olunmazdan əvvəl 1978-2001-ci illər arasında Britaniya Kolumbiyası, Vankuver şəhərinin şərq hissəsində ən azı 65 qadın yoxa çıxıb.

 

Robert Piktonun ferması
 

Lakin Pikton həbsxana kamerasında gizli polis məmuru ilə danışarkən 49 qadını öldürdüyünü etiraf edib.

 

Bu iş Kanada tarixində ən böyük seriyalı qatil təhqiqatına çevrilib. Pikton donuz ferması müstəntiqlərin 200.000 DNT nümunəsi götürməsi ilə Kanada tarixində ən böyük cinayət hadisəsi olub.

 

Xəbər Piktonun qurbanlarının ailələri arasında qarışıq emosiyalarlarla qarşılanıb. 

 

Bacısı Georgina Papinin Pikton tərəfindən öldürüldüyü Cynthia Kardinal, həqiqətən xoşbəxt olduğunu desə də, bəzi cinayətlərin məhkəməyə verilməməsindən kədərləndiyini də vurğulayıb.

 

20 yaşında öldürülən, lakin ölümünə görə Piktona qarşı heç bir ittiham irəli sürülməyən Stefani Leynin anası Mişel Pino da Piktonun ölümünü eşidəndə sevincdən uçduğunu deyib. 

 

"Bu heyvan qızımı öldürüb və qızım üçün heç bir şəkildə ədalət olmadı. Gəlməyəcəyini bilə-bilə qızım olmadan 28 il yaşadım. Buna görə də xəbəri eşidəndə həyəcanlandım. Xoşbəxtəm"- Pino deyib.

 

Pikton həbsxanada olarkən kitab da yazıb. Kitab 2016-cı ildə qaçaqmalçılıq yolu ilə çıxarılıb, “Amazon”da nəşr olunub və bestseller olub. Lakin ictimaiyyətin qəzəbindən sonra tez bir zamanda satışdan çıxarılıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...