II Elizabetin oxşarı Kraliça ilə eyni yaşda vəfat etdi - FOTO

Kraliça II Elizabetin oxşarı, "The Naked Gun" və "Ostin Powers" filmlərində kraliça rolunu canlandıran Cannet Çarlz Kraliça ilə eyni yaşda (96) vəfat edib. Qadın Esseks ştatında qocalar evində dünyasını dəyişib. Onun üç övladı və dörd nəvəsi var idi.
Sfera.az bildirir ki, Cannet Çarlz Kraliça Elizabetə oxşarlığı sayəsində şou-biznesdə uğurlu karyera qurmuşdu.
Qadın 96 yaşında, övladları və nəvələrinin əhatəsində dünyasını dəyişib.
O, 1971-ci ildə Kraliçanın dublyoru olub. Həmin vaxt o, evdar qadın olub, mərhum əri Kennetlə yeni evlənmişdi. Cannet Əlahəzrətlə təəccüblü oxşarlığını 2014-cü ilə (təqaüdə çıxana) qədər uğurlu televiziya və kino karyerasına çevirməyi bacarıb. O, həmçinin kino sənayesində ən yaxşı təqlidçilərdən biri kimi tanınır.
Ekran işlərinə 1978-ci ildə Erik İdle ilə "Rutles: All You Need Is Money", Leslie Nielsen və Priscilla Presley ilə 1988-ci ildə "The Naked Gun" və Mayk Myers, Beyonce, Michael Caine və başqaları ilə "Ostin Powers in Goldmember" daxildir.
Cannet Çarlz "Austin Powers" filmində kraliça rolunu oynayıb.
2022-ci ilin mayında, Kraliça II Elizabetin ölümündən bir neçə ay əvvəl jurnalistlərə açıqlama verərkən Cannet karyerasına dublyor kimi necə başladığını xatırladıb. Müsahibəsində o, qəzetdə portret boyama xidməti üçün elana müraciət etdiyini bildirib.
Cannet tok-şoularda iştirak edib, bütün dünyada reklam çarxlarında və hətta kliplərdə çəkilib.
“Həyat yoldaşım Kennet Məhəmməd Əlinin heyranı idi. Bir dəfə görüşdə Məhəmməd Əli məndən mənimlə şəkil çəkdirməyi xahiş etdi. Çox gülmüşdük"- xanım Çarlz gözəl anlardan birini xatırlayarkən qeyd edib.
Aysel
Sfera.az