Güllələnən Baş nazir sui-qəsddən danışdı: "Mən həmişə..."

Güllələnən Baş nazir sui-qəsddən danışdı:

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, sui-qəsd onun sağlamlığına ciddi ziyan vurub.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir bu barədə qısa danışıb.



"Mən həmişə şəxsi həyatımı qorumuşam, ona görə də hücumun sağlamlığıma ciddi ziyan vurduğunu bildirməklə kifayətlənəcəyəm", - Fiko bildirib.


Son olaraq iyunun 3-də Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kaliniak bildirib ki, payıza qədər Robert Fikonun tam sağalması barədə danışmaq mümkün olacaq.


Kalinyak onu da bildirib ki, Fiko evdə tibbi reabilitasiya keçir.



Slovakiyanın baş nazirini güllələyən yazıçı Juraj Tsintula hazırda saxlandığı həbsxanadakı xəstəxananın psixiatriya şöbəsinə göndərilib.



Robert Fikoya sui-qəsd mayın 15-də baş verib. Baş nazir hökumətin iclasından sonra küçədə tərəfdarları ilə danışıb. Tsintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb və saxlanılıb. Sinə, bud və mədəsindən yaralanan Fiko helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

İnci
sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...