Trampdan Baydenin sərhədlə bağlı qərarına MÜNASİBƏT

Trampdan Baydenin sərhədlə bağlı qərarına MÜNASİBƏT

"ABŞ prezidenti Co Baydenin ölkənin cənub sərhədinə nəzarəti gücləndirmək üçün atdığı addımlar əbəsdir".



Sfera.az xəbər verir ki, bu barədə Donald Tramp özünün “Truth” sosial şəbəkəsindəki hesabında bildirib.



“Bayden cənub sərhədimizi tamamilə təslim etdi. Onun zəifliyi ölkəmizə misli görünməmiş miqrantların basqınına səbəb olub. O, guya ki, sərhədlə bağlı nəsə edib, amma əslində bunların hamısı faydasızdır”, - ABŞ-nin keçmiş prezidenti yazıb.



Tramp Baydenin qərarının iki prezidentliyə namizəd arasındakı debatdan əvvəl "yalnız şou üçün" verildiyini vurğulayıb.



Xatırladaq ki, Co Bayden və Donald Tramp" CNN"in iyunun 27-də keçiriləcək debatda iştirak etmək dəvətini qəbul ediblər .



Bayden miqrantlara siyasi sığınacaq verilməsini qadağan edən ölkənin cənub sərhədində nəzarətin gücləndirilməsi haqqında fərman imzalayıb.



İnci


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...