“Google” istifadəçilərin smartfonlarını müsadirə edə bilər – İDDİA

“Google” istifadəçilərin smartfonlarını müsadirə edə bilər – İDDİA

“Google” şirkəti “Android” əməliyyat sistemi ilə təchiz edilən smartfonlarda qeyri-rəsmi təmir faktını aşkarlayarsa, onları müsadirə edə biləcək.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Android Authority” məlumat yayıb.

 

Məlumata əsasən, “Google” istifadə edilən smartfonlara görə müəyyən xidmətlər göstərir. Bu xidmətlər müqabilində böyük məbləğdə gəlir əldə edir. Yayılan məlumata görə, “Google” smartfonlarda başqa istehsalçıya məxsus hissə quraşdırılmasını aşkar edərsə, həmin smartfonu bloklamaq hüququ olacaq.

 

Hələlik şirkətin bu hüquqdan istifadəsinə dair fakt yoxdur. Lakin bir fakt bəllidir ki, bir çox istifadəçi smartfonlarını təmir zamanı orijinal olmayan hissələrdən istifadə etməklə xidmət xərclərinə qənaət edirlər. Bu isə “Google” gəlirliliyinə mənfi təsir göstərir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...