İranda prezident seçkilərində bu qadınlar da namizəd ola bilər - ADLAR

İranda keçiriləcək prezident seçkilərində 4 qadın namizəd kimi qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə “İRNA” xəbər agentliyi məlumat yayıb. Namizədlər Zöhrə Elaxian, Seyededeh Hamide Zarabadi, Hacar Chenarani və Rafat Bayatdır. Onların hamısı İran parlamentinin keçmiş deputatlarıdır. Elahianın 56 yaşı var, ixtisasca həkimdir, hazırda İran Tibb Elmləri Akademiyasında çalışır. Zərabadinin 45 yaşı var, o, İran parlamentinin üzvü olub. Parlamentin Xarici Siyasət və Təhlükəsizlik Komitəsində işləyib. Atası İran-İraq müharibəsində iştirak edib. O, parlament üzvü kimi İranda hicablı qadınlarla bağlı qanunun sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
Bayatın 66 yaşı var, ixtisasca sosioloqdur. Bu, onun prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün üçüncü cəhdidir.
Qeyd edək ki, bu namizədlərin hələ də Konstitusiya Keşikçiləri Şurası tərəfindən təsdiqlənməsi lazımdır. Onu da qeyd edək ki, indiyədək İran prezidentliyinə namizəd kimi yekun siyahıda heç bir qadın yer almayıb.
İnci
Sfera.az