Türkiyədə meşə yanğınları başladı

Türkiyədə meşə yanğınları başladı
Kateqoriya məlum deyil
T

Havaların istiləşməsi səbəbi ilə Türkiyədə meşə yanğınları başlayıb. Bursanın Orhaneli, Antalyanın Aksu və Muğlanın Milas rayonlarında analoji hadisələr qeydə alınıb.

 

Sfera.az bildirir ki, ilk yanğın xəbəri Bursadan gəlib. Meşəlik ərazidə baş verən yanğının söndürülməsi üçün hava və qurudan müdaxilə davam edir.

 

Antalyanın Aksu və Alaçamlar rayonunda da meşə sahəsində naməlum səbəbdən yanğın başlayıb.

 

Həmçinin, Muğlanın Milas rayonunda baş verən meşə yanğınını söndürmək üçün işlər aparılır. Yanğınsöndürənlər alovları nəzarət altına almağa səy göstərirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR