Çindən “Boeing”i qəzəbləndirən ADDIM – Rəqib şirkətlə danışıqlar aparılır 

Çindən “Boeing”i qəzəbləndirən ADDIM – Rəqib şirkətlə danışıqlar aparılır 

Çin Fransanın “Airbus” şirkəti ilə iri təyyarə modeli olan “A330neo”ların alışı ilə bağlı danışıqları gücləndirib. Çin bu şirkətdən 100 ədəddən çox iri təyyarə almaq istəyir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, keçən ay Çin dövlət başçısı Si Cinpinin fransalı həmkarı Emmanuel Makronu ziyarət etməsindən sonra danışıqlar sürətlənib. Danışıqlar məxfi aparıldığına görə, onun detalları açıqlanmır.

 

Qeyd edək ki, Çinin hava nəqliyyatı ilə sərnişindaşıma bazarı ilbəil böyüyür. Bu bazarda daha böyük paya sahib olmaq üçün dünyanın 2 ən böyük təyyarə istehsalçısı olan “Airbus” və “Boeing” arasında rəqabət güclənir. Çinin “Airbus”a 100-dən çox təyyarə sifariş verməsi “Boeing”in xoşuna gəlməyəcək. Bu, olduqca böyük sifariş hesab edilir.

 

“Airbus” şirkətinin “A330neo” modeli üzrə qəbul etdiyi sifarişlərin sayı hazırda 165-dir. Çinlə danışıqlar uğurlu alınarsa, “Airbus”un qəbul etdiyi sifarişlərin sayı kəskin artacaq.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...