"Fransızlar Putinin zərbəsinə dözə bilməz" - Peskov Makronu HƏDƏLƏDİ

Kremlin sözçüsü Dmitri Peskov Kiyevə gedən fransalı əsgərlərlə bağlı məlumata reaksiya verib.
Sfera.az bildirir ki, bu barədə o, jurnalistlərlə söhbətində danışıb.
Peskov qeyd edib ki, Ukrayna hərbçilərinə təlim keçən fransalılar Putinin zərbəsinə dözə bilməz:
“Burada hər hansı təlimatçının toxunulmazlığı yoxdur. Onların fransız olub-olmaması əhəmiyyətli deyil” – Peskov bildirib. O qeyd edib ki, Rusiyanın savaşla bağlı məqsəd və vəzifələri eyni qalır və davam etdirilir.
Daha əvvəl “The Washington Post”un köşə yazarı Li Hokstader bildirib ki, Putin Ukraynaya hərbi təlimatçılar göndərmək qərarına gələn Fransa lideri Emmanuel Makrona cavab verə bilər. Onun fikrincə, Putin Makronu aşağılamaq üçün fransız təlimatçılarını vurmağa qadirdir.
Günay