Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından ÇIXARDI

Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından ÇIXARDI
Kateqoriya məlum deyil
T

Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin parlament palatalarının spikerləri ilə görüşündə deyib.

 

“Qazaxıstan müasir Əfqanıstanla ticari-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, talibləri terrorçu təşkilatlar siyahısından çıxarıb”, - o bildirib.

 

Onun sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR