Canlı yayımda islam əleyhinə mitinq iştirakçılarını bıçaqla yaraladı

Canlı yayımda islam əleyhinə mitinq iştirakçılarını bıçaqla yaraladı

Almaniyanın Mannheim şəhərində bıçaqla silahlanmış şəxs İslam əleyhinə Pax Europa aksiyası zamanı düz şəhərin baş meydanında qətliam törədib. Qurbanlardan biri Almaniyada İslamın tanınmış tənqidçisi olub.

 

Sfera.az bildirir ki, mitinq “YouTube”da canlı yayımlanıb və hücum anı kameralara düşüb. 

 

Hücum Mannheim şəhərində baş verib. Qurbanlardan biri İslamın tənqidçisi Maykl Ştürzenberqer olub.

 

Videoda mitinqin təşkilatçılarının yenicə starta necə hazırlaşdıqları görünür. Bıçaqla silahlanmış saqqallı adam kadra girir. O, insanlara hücum edir və onları bıçaqlayır.

 

Yoldan keçənlər ona mane olmağa çalışırlar, nəhayət polislər müdaxilə etdikdə vəziyyəti başa düşmədən onlardan biri təcavüzkara mane olmaq istəyən şəxsi uzaqlaşdırıb və azad olmasına şərait yaradıb. Bu zaman hücum edən şəxs hüquq-mühafizə orqanının əməkdaşına bir neçə dəfə zərbə endirib. Bsşqa bir polis məmuru ona boynundan atəş açıb.


Diqqət, video ciddi şəkildə 18+, şok məzmun ehtiva edir


Qurbanlardan birinin qatı İslam tənqidçisi, 59 yaşlı Michael Stürzenberger olduğu bildirilir.

 

Polis sözçüsü Baden-Vürtemberqdə baş verən hadisəni təsdiqləyib və hadisə ilə bağlı başqa heç kim üçün təhlükə olmadığını bildirib. Polis hələlik xəsarətlərin miqyası və şiddəti barədə heç bir məlumat verməyib.

 

Xilasetmə və təcili yardım xidmətləri, həmçinin xilasedici helikopterlər hadisə yerindədir.

 

Michael Stürzenberger əvvəllər CSU sözçüsü olub və 2013-cü ildən 2022-ci ilə qədər Bavariya Konstitusiyanın Mühafizəsi Ofisinin nəzarəti altında olub. O, İslamı faşizmlə əlaqələndiririb. 59 yaşlı şəxs əvvəlcə polisi təhqir etdiyinə, sonra isə nifrət və dini əqidələri ləkələdiyinə görə iki dəfə məhkum edilib.


Qeyd edək ki, CSU (Alman CDU/CSU), həmçinin "Birlik" (Alman İttifaqı) Almaniyanın Xristian Demokrat İttifaqı (CDU) və Bavariyada Xristian Sosial İttifaqı (CSU) daxil olmaqla Almaniyada sağ mərkəzçi siyasi partiyaların blokudur.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Röya Ayxan arxiv şəkillərini paylaşdı - FOTOLAR

Xalq artisti Röya Ayxan instaqramda arxiv fotolarını paylaşıb.   Sfera.az xəbər verir ki, estrada ulduzu illər əvvələ aid şəkilləri izləyiciləri ilə ...

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...