Madonna məhkəməyə verildi

65 yaşlı amerikalı pop diva Madonnanın yaradıcılığının 40 illik yubileyinə həsr olunmuş “Celebration” turu bir neçə həftə əvvəl başa çatıb. Bəzi pərəstişkarları hələ də bu turun təəssüratları altındadır.
Sfera.az bildirir ki, bir pərəstişkarı müğənnini səhnədə bütün seksual şeylər, hərəkətlərlə heyrətə gətirdiyi üçün məhkəməyə verib.
Kişi iddia edir ki, bir konsertdə bu qədər açıq-saçıq səhnələr və yarıçılpaq rəqqasələr görəcəyini gözləmirdi.
Justen Lipeles, özünün və başqalarının gözləmədiyi şeylərlə qarşılaşdıqlarını əsas gətirərək,, bir qrup iddia qaldırıb. Kişinin Madonnanın konsertlərə bir saat yarımdan çox gecikməsindən tutmuş, bəzi çıxışlar zamanı fonoqramm oxumasına qədər bir çox şikayətləri var.
İddiaçı həm də şou zamanı kondisionerin söndürülməsindən onun və başqalarının havasızlıq hiss etməsindən şikayətlənir. Onun sözlərinə görə, Madonna istilərlə bağlı şikayətləri silib, insanlara sadəcə paltarlarını çıxarmağı tövsiyə edib.
Amma iddianın ən maraqlı tərəfi Justenin özünün və başqalarının “xəbərdarlıq edilmədən pornoqrafiyaya” məruz qaldığını iddia etməsidir. Konkret olaraq, o, "səhnədə seks hərəkətlərini simulyasiya edən üstsüz qadınları izləməyə məcbur edildiyini" ifadə edib. O, konsert zamanı pornoya baxırmış kimi hiss etdiyini iddia edib.
Sosial media istifadəçiləri isə, Madonnanın çoxdankı pərəstişkarının çılğın şoular kraliçasının hansı kateqoriya üçün nəzərdə tutulduğunu indiyə qədər bilmədiyini başa düşmədiklərini yazırlar. Çoxları kişinin sadəcə olaraq oturduğu yerdə pul qazanmaq istədiyinə inanır. Çünki məhkəmədə iddia qaldıran kişi və digər iddiaçılar da Madonnadan biletlərin pulunu qaytarmasını tələb edirlər.
Qeyd edək ki, Madonnanın dünya turunun yekun konserti Braziliyanın Kopakabana çimərliyində baş tutub. Konsertə 1,6 milyon insan gəlib. Bu, indiyə qədər ən böyük konsert olaraq, rekorda imza atıb. Onu da əlavə edək ki, konsertə giriş pulsuz olub.
Pop Diva "Like a Prayer", "Vogue" və "Express Yourself" kimi mahnıları da daxil olmaqla, iki saatdan çox ən məşhur hitlərini ifa edib.
Madonna dağın zirvəsində Məsihin nəhəng heykəlini nəzərdə tutaraq insanlara səslənib:
“Biz burada dünyanın ən gözəl yerində, okeanın, dağların əhatəsində, İsanın yanındayıq”.
Şouda braziliyalı pop müğənniləri Anitta və Pablo Vittar, həmçinin samba məktəblərinin gənc musiqiçiləri də çıxış ediblər.
Aynil
Sfera.az