Logo

Slovakiyanın Baş naziri xəstəxanadan EVƏ BURAXILDI

Slovakiyanın Baş naziri xəstəxanadan EVƏ BURAXILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.

“Baş nazir artıq evdə müalicə alır”, - Bansk-Bistris şəhərində yerləşən xəstəxananın məlumatında bildirilib.

Slovakiya KİV-ləri də öz mənbələrinə istinadən bildirib ki, Baş nazir evə buraxılıb.

Qeyd edək ki, Baş nazirə qarşı sui-qəsd cəhdi mayın 15-də olub. R.Fitso ictimaiyyət arasında çıxdıqdan sonra ona atəş açılıb. O, sinə və qarın nahiyələrindən çoxsaylı xəsarətlər alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Slovakiya KİV-i qeyd edib ki, Baş nazirinin həyatına sui-qəsd cəhdi 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib. Həmin şəxs polis tərəfindən tutulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR