İran iPhone smartfonlarını qadağan etdi - SƏBƏB

Dünya
08:00 / 31.05.2024
7668
İran gömrüyü ölkəyə istənilən nəsil "iPhone" smartfonlarının idxalını qadağan edib.
Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi idarənin bəyanatına istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, hətta əvvəllər idxalına icazə verilən 13-cü nəsil və daha köhnə modellər də indi qadağaya məruz qalır.
Qeyd edək ki, hələ 2017-ci ildə Amerikanın "Apple" korporasiyası ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalara görə iranlı tərtibatçıların bütün mobil proqramlarını onlayn App Store-dan silib
İnci
sfera.az