Meksikada seçki kampaniyası zamanı 38 siyasətçi öldürüldü

Meksikada seçki kampaniyasının bitməsinə saatlar qalmış seçki zorakılığı artıb.
Sfera.az bildirir ki, Meksikada namizədlərdən birinin təşviqat avtobusu yandırılıb. Bələdiyyə sədrliyinə namizədlərdən biri isə çıxışı zamanı güllələnib.
Ölkə tarixindəki ən böyük seçkinin təşviqat dövrü başa çatdığı üçün siyasi namizədlərə qarşı bir neçə hücumun edildiyi bildirilib. İyunun 2-də Meksikada 100 milyona yaxın insanın səsvermədə iştirak edəcəyi ümumi seçki keçiriləcək. Səsvermə bülletenində 19 746 yerli və 629 federal, o cümlədən prezidentlik də daxil olmaqla 20 375 mövqe var.
Çərşənbə günü seçki kampaniyasının rəsmi başa çatmasına bir neçə saat qalmış, qərbdəki Xaliskodan cənubdakı Çiapas ştatına qədər bütün Meksikada namizədlərə və onların əməkdaşlarına qarşı bir sıra zorakı hücumlar olduğu bildirilib. Ümumilikdə 170-ə yaxın belə hal qeydə alınıb.
Ölənlərin sayı hələ dəqiq müəyyən edilməyib, çünki bəzi namizədlər yaralanıb və siyasətçilər hazırda xəstəxanalardadır. Bir çoxları isə sadəcə olaraq seçkilərdən öz namizədliklərini geri götürüblər.
Namizədlərdən biri bədən zirehi geyinib
Beləliklə, “Data Civica” araşdırma qrupu 31 qətl, “Consultora Integralia” 34, “DataInt konsaltinq” firması isə mayın 21-də dərc olunan hesabatında 38 qətl hadisəsini qeyd edib.
Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Naziri Rosa İsela Rodriguez mayın 28-də 2023-2024-cü illərdə seçki prosesi zamanı 22 namizədin, Meksika hökuməti isə 15 nəfərin öldüyünü etiraf edib.
Meksikanın cənub-mərkəzində yerləşən Morelos əyalətinin baş prokuroru verdiyi açıqlamada, Cuautla bələdiyyəsinin prezidentliyinə müxalifət namizədi Rikardo Arismendi Reynoso çərşənbə axşamı atışmada öldürüldüyünü bildirib.
Həmin gün Xalisko ştatında hakim Morena partiyasının Enkarnasio de Diaz merliyinə namizədi Gilberto Palomar silahlı şəxslərin partiyanın yerli ofisinə hücumu zamanı yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Meksikanın mərkəzi əyalətində merliyə namizəd Chalco Eduardo Diazın yük maşınına atəş açılıb. Digər namizəd seçki qərargahının qarşısında hücuma məruz qalıb. Xoşbəxtlikdən, sağ qalıb.
Siyasətçilər birbaşa mitinqlərdə, seçicilərlə görüşlərdə öldürülür.
Ən son qurban isə merliyə namizəd Koyuka de Benites olub. Jose Alfredo Cabrera Barrientos kampaniyanın son günündə basketbol meydançasında çıxış edərkən ona 15 atəş açılıb.
Ümumilikdə, Gerrero ştatında seçki kampaniyası zamanı, şəhər meri vəzifəsinə beş namizəd və federal parlament deputatlığına bir namizəd öldürülüb.
Mərhum merliyə namizəd Barrientos sağ mərkəzçi “Güc” və “Meksika üçün Ürək” alyansı uğrunda mübarizə aparıb.
Qətldən sonra onun siyasi müttəfiqləri ölkədəki zorakılıqların öhdəsindən gələ bilməməkdə birbaşa hakimiyyətdə olan sol mərkəzçi Milli İntibah Hərəkatını günahlandırıblar.
Meksika prezidenti Andres Manuel Lopez Obrador isə cavabında bildirib ki, seçki zorakılığı əvvəlki hökumətlərlə cinayətkar dəstələr arasında əlaqələrin nəticəsidir.
"Seçki zamanı siyasi zorakılıq halında əziyyət çəkməyimiz hələ də hakimiyyətlə cinayətkar qruplar arasında qurulmuş əlaqələrlə bağlıdır"-deyə Meksika prezidenti mətbuat konfransında bildirib.
Bir sıra təşkilatlar bu seçkilər ərəfəsinin ölkənin yaxın tarixində ən şiddətli seçki olduğunu bildirirlər.
Xatırladaq ki, Meksikada seçki kampaniyası zamanı təkcə siyasətçilər deyil, seçicilər də əziyyət çəkib. Xəbər verdiyimiz kimi, Meksikanın Nuevo Leon ştatında keçirilən mitinq zamanı səhnə uçub. 9 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb.
Aysel
Sfera.az