Bəşər Əsədin həyat yoldaşına leykoz diaqnozu QOYULDU

Bəşər Əsədin həyat yoldaşına leykoz diaqnozu QOYULDU

Suriya prezident administrasiyası dövlət başçısının həyat yoldaşında leykoz aşkarlandığını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Bəşər Əsədin həyat yoldaşına diaqnoz spesifik simptomların görünməsindən və bir sıra müayinələrdən sonra qoyulub.

 

Müalicə müddətində Əsma Əsəd ictimai tədbirlərdə iştirakını dayandıracaq.

 

Xatırladaq ki, 2018-ci ilin avqustunda həkimlər Suriyanın birinci xanımının döşündə erkən mərhələdə bədxassəli şiş aşkarlayıblar. 2019-cu ilin əvvəlində Əsma Əsəd əməliyyat olunub və həmin ilin avqustunda həkimlər onun sağaldığını bildiriblər.

 

Əsma Əsəd britaniyalıdır. O, London Kral Kollecini bitirib və "Deutsche Bank"da və "JP Morgan"ın investisiya bölməsində iqtisadi analitik kimi işləyib. O, evləndikdən sonra Suriyaya köçüb və dəfələrlə hərbi qarşıdurmalara və Qərbin təzyiqlərinə baxmayaraq, bu ölkəni tərk etməyəcəyini bildirib.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...