Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçiriləcək - FOTOLAR

Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçiriləcək - FOTOLAR

Səudiyyə Ərəbistanında mühafizəkar müsəlman ölkəsinin tarixində sözün əsl mənasında yeni mərhələyə çevrilən moda nümayişi keçirilib. 


Sfera.az bildirir ki, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın başçılıq etdiyi “Vizyon 2030” təşəbbüsü çərçivəsində keçirilən ölkənin ilk Qırmızı Dəniz Moda Həftəsi çərçivəsində qadın modellər ilk dəfə ictimai yerlərdə çimərlik paltarında gəziblər.


Tədbir “St. Regis Red Sea Resort”da baş tutub. 


Mərakeşli dizayner Yasmina Kanzalın qadın geyim kolleksiyasının nümayişi zamanı qızlar uzun, dar paltarlarda hovuzun kənarında gəziblər.


Kanzal bu hadisənin mədəni əhəmiyyətini vurğulayaraq, bu tarixi anın bir hissəsi olmaqdan şərəf duyduğunu bildirib.


“Sara Altwaim” və “Eau Swimwear” brendləri də öz kolleksiyalarını təqdim ediblər. “Sarah Altwaim”in yeni xəttinin nümayişi zamanı modellər krujevalı tikişli paltarlar və buddan hündür yarıqlı siluetlərlə podiuma çıxıblar.


“Eau Swimwear” brendi isə qırmızı, çəhrayı, yaşıl və mavi rənglərdə çılpaq çiyinləri və qismən açıq ortası olan bir parça çimərlik geyimlərini təqdim edib. “Eau” modelləri, həmçinin qayışlı stilettolar və çimərlik üçün ideal sayılan həsir çantalar, günəş eynəyi, yaylıq və saronqlar da daxil olmaqla aksesuarlar taxıblar.

 

Qeyd edək ki, 2017-ci ildən bəri Səudiyyə Ərəbistanı tarixən vəhhabiliyin sərt İslam formasının təsirinə məruz qalmış sərt imicini yumşaltmaq üçün bir sıra böyük sosial islahatlar həyata keçirib. Suriyalı Şouk Məhəmməd qeyd edib ki, tədbir ölkənin dünyaya açılmaq, moda və turizm sektorlarını inkişaf etdirmək səylərinə uyğundur.


Tədbirdə iştirak edən fransız bloqqer Raphael Cimacourbe etiraf edib ki, çimərlik geyimləri ilk baxışdan çox mühafizəkar görünsə də, Səudiyyə kontekstində böyük nailiyyətdir.


İlk Qırmızı Dəniz Moda Həftəsi Səudiyyə Ərəbistanı üçün əsl tarixi hadisədir. 


Səudiyyə Moda Komissiyasının 2022-ci il hesabatına görə, moda sənayesi 12,5 milyard dollar, başqa sözlə ölkənin ÜDM-nin 1,4%-ni təşkil edib və 230,000 nəfəri işlə təmin edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Banklar qızıl alışını artırıb - RƏQƏMLƏR

Mərkəzi banklar üçün qızılın cəlbediciliyi hələ də yüksək olaraq qalmaqdadır.    Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliy...

Baş nazir sərəncam imzaladı

“2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasın...

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...