Dəniz mənzərəli bu iş üzrə vakansiya namizədlər arasında rekord qırdı

Almaniyada mayak gözətçisi vəzifəsi üçün müsabiqə elan edilib. Vakansiya üzrə 1100 nəfər müraciət edib.
Sfera.az bildirir ki, Almaniyada, Şimal dənizindəki Wangerooge adasında 19-cu əsrə aid qədim mayakın gözətçisi üçün bir vakansiya boşalıb. Quruluş uzun illər naviqasiya üçün istifadə edilmir. İndi mayak muzeyə çevrilib, orada şadlıq sarayı yerləşdirilib və turistlər üçün müşahidə meydançası tikilib.
Potensial baxıcıdan gündə bir neçə dəfə 161 pilləkən qalxmalı olduğu üçün yaxşı fiziki formada olması tələb olunur. Nəzarətçi həmçinin bilet və suvenirlər satmalı, turistləri müşayiət etməli, təmizlik və kiçik təmir işləri aparmalı, bağçaya qulluq etməlidir.
Baxıcıya adadakı evlərin birində mənzil verilir. Ümumilikdə orada 1000-ə yaxın sakin yaşayır.
Maaş ayda 2500 avrodan başlayır.
Müsabiqənin üç ayı ərzində bu vəzifəyə gözləniləndən çox sayda (1100-dən çox) müraciət daxil olub.
Yerli hakimiyyət orqanları 45 müsahibə apararaq qərbi Almaniyadan olan gənc ata Daniel Jochheimi seçib. O, iyunun 1-dən artıq işə başlayacaq. Həyat yoldaşı və övladları isə daha sonra Wangeroogeya köçəcək.
Aynil
Sfera.az