Logo

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

BMT iclasa sükutla başladı - Rusiyanın xahişi ilə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BMT Təhlükəsizlik Şurası iclasına helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Əmir Abdullahiyanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasda iştirak edənlərin hamısı Rusiyanın xahişi ilə qəzada həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bundan sonra Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı Rusiyanın tələb etdiyi brifinq başlayıb.

Qeyd edək ki, bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İran prezidenti İbrahim Rəisinin və bir sıra ölkə rəsmilərinin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR