Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var

Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Xerson vilayət dövlət administrasiyası məlumat yayıb.

 

Məlumata görə, vilayətin Antonivka, Sadove, Stanislav, Ponyativka, Mikolske, Berislav, Mixaylivka, Tyaginka, Osokorivka, Lvove, Novooleksandrivka yaşayış məntəqələri, habelə Xerson şəhəri atəşə tutulub.

 

Yaşayış məntəqələrinə endirilmiş zərbələr nəticəsində çoxmərtəbəli bina və 8 fərdi evə ziyan dəyib. Liman infrastrukturunda da zərbə qeydə alınıb.

 

Hadisə nəticəsində iki nəfər həlak olub, daha iki nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR