Təyyarə salondakı tüstü səbəbindən məcburi eniş etdi -  FOTO

Təyyarə salondakı tüstü səbəbindən məcburi eniş etdi -  FOTO

Londondan Osloya uçan “British Airways” təyyarəsi Şimal dənizi üzərində qəza siqnalı göndərib. Daha sonra təyyarə Hollandiyada məcburi eniş edib.

 

Sfera.az bildirir ki, “Airbus A320” təyyarəsi havaya qalxdıqdan cəmi 90 dəqiqə sonra məcburi eniş edib. Bundan əvvəl kapitan aviadispetçerləri xəbərdar edib və onlara təyyarənin təcili eniş etməsi lazım olduğunu bildirib, həmçinin qəza siqnalı verib.

 

Göyərtəsində 190 nəfərin olduğu Airbus A320 təyyarəsinin eniş etdiyi Amsterdam Şiphol hava limanında uçuş-enmə zolağına bir neçə yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

 

Dəhşət içində olan sərnişinlər, yanğın çıxışından çıxarılıb.

 

Təyyarənin uçuş-enmə zolağının qarşısını kəsməsi gecikmələrə səbəb olub.

 

Hazırda müstəntiqlər tüstünün nədən yarandığını müəyyən etmək üçün təyyarəni yoxlayırlar. Gecəni Amsterdamdakı otellərdə yerləşdirilən sərnişinlər bu gün başqa bir təyyarə ilə Osloya uçacaqlar. 

 

"Kabindəki tüstü heç vaxt yaxşı bir şeyə işarə etmir. Xüsusilə belə bir hündürlükdə, yumşaq desək, narahatlıq doğurur" - dedi.

 

Ekspertlər qeyd edib ki, təyyarənin aerodromunun ucqar hissəsinə enməsi vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR