Təyyarədə baş verən xoşagəlməz hadisədən sonra 70 kiloqram arıqladı - FOTO 

Təyyarədə baş verən xoşagəlməz hadisədən sonra 70 kiloqram arıqladı - FOTO 

Təyyarədə təhlükəsizlik kəmərini bağlaya bilmədiyi üçün həyatını kökündən dəyişən 35 yaşlı Sara Speight 70 kiloqramdan çox arıqlayıb.

 

Sfera.az bildirir ki, qadın bütün həyatı boyu arıqlamağa çalışıb. Bir anda onun çəkisi 135,7 kiloqrama qalxıb. Sara paltar almağa nifrət edir, dostları ilə ünsiyyətdən qaçır və idman zalına getməyə qorxurdu. İngilis qadın bildiyi bütün pəhrizləri sınasa da, heç nə kömək etməyib. 

 

"Məndə elə bir hiss var idi ki, insanlar mənim yanımdan keçəndə: "İlahiii, o nə qədər böyükdür" deyəcəklər. Bu, təbii ki, insanın ağlına elə gəlir. Heç mənə baxıb salam verən, nəsə deyən yox idi”- xatırlayır.

 

Qadın 20 yaşında aktiv şəkildə kökəlməyə başlayıb. Sonra yağlı yeməklərə aludə olub. Sara bir oturuşda böyük pizza yeyə və doymaya bilərdi. 2023-cü ilin əvvəlində həkimlər ona artıq çəki səbəbindən tezliklə ciddi sağlamlıq problemlərinin başlayacağı barədə xəbərdarlıq ediblər.

 

Sara arıqladıqdan sonra hər şeyin dəyişdiyini qeyd edib. Ancaq hər şey xoşagəlməz bir vəziyyətlə başlayıb. İngilis qadın üçün dönüş nöqtəsi onun İslandiyaya uçuşu olub. Təyyarədə qadın kəmərin bağlanması üçün kifayət qədər incə olmadığını aşkar edib. O, uzatma kabeli istəməyə utandığından yalandan bütün uçuş boyu təhlükəsizlik kəməri taxdığını iddia edib. Qadın çox utanıb. O, ayaqlarını tərpədə bilməyib və qismən yan oturacaqdakının yerini tutub. Bundan sonra o, piylənməni müalicə etmək üçün cərrahi əməliyyatlardan biri olan mədə bantlanması etməyə qərar verib.

 

Əməliyyat 11 min funt sterlinqə başa gəlib. Sara məbləğin bir hissəsini artıq ödəyib, qalanını isə ödəməyə davam edir. Əməliyyat ona 70 kiloqram arıqlamağa imkan verib. İndi o, insanlarla ünsiyyət qurmaqdan qorxmur və yeni dostları var.

 

Qadın artıq idman zalına getməyi sevir və pəhrizində lazımsız qidaları aşağı kalorili qidalarla əvəzləyib.

 

"İndi mənim özümə inamım yüksəkdir. Hər şey sadəcə heyrətamizdir. Bu, indiyə qədər xərclədiyim ən yaxşı puldur. Heç nəyə peşman deyiləm"- deyə Sara əlavə edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

May ayında 11 günİŞ OLMAYACAQ

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən may ayında xüsusi günlərə görə 2 gün qeyri-iş günü olacaq.   Sfera.az xəbər veri...

“Whatsapp” DƏLƏDUZLARI – Məlumatlarınız belə ƏLƏ KEÇİRİLİR

Sosial şəbəkələrdə yeni hakkerlər peyda olub. İnsanlardan pul tələb edərək güya əlaqə nömrəsi ilə istənilən şəxsin Whatsappını 1 aylıq izləyə bilirlər...

Mayora hücum edən idmançıların həbsi uzandı

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidə...

“Trendyol” dəyəri yüksək olan sifarişləri pulsuz çatdıracaq - Məbləğ açıqlandı

Türkiyənin aparıcı e-ticarət platforması olan "Trendyol" 50 manat və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv...

127 taksi sürücüsü imtahandan kəsildi

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı təşkil edib.   DİM-dən...

85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - MÜTDA

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. &n...