Logo

Qara dənizdə gəmi BATDI

Qara dənizdə gəmi BATDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qara dənizdə Tanzaniya bayrağı altında üzən “Mohammed-Z” gəmisi batıb.

Sfera.az xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb.

Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb.

Qeyd edilib ki, “Mohammed -Z”in ekipajı 11 nəfərdən - 9 Suriya və 2 Misir vətəndaşından ibarət olub. Onlardan 8-i xilas edilib. Digər 3 ekipaj üzvünün axtarışları davam edir.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR