Rusiyada ilk transgender siyasətçi yenidən cinsiyyət dəyişdirir

Rusiyada ilk transgender siyasətçi yenidən cinsiyyət dəyişdirir

Rusiyanın Altay regionundan olan ilk transseksual siyasətçisi tərs keçid edərək, bütün rus xalqından bağışlanmasını istəyib. Yuliya Aleşina yenidən Roman Aleşin olub. 

 

Sfera.az bildirir ki, ilk rusiyalı transseksual siyasətçi Roman Aleşin əks keçid edərək, artıq liberal ideologiyadan məyus olduğunu bəyan edib.

 

“Mən Radonitsada (Orucluq) bir oğlan olduğumu başa düşdüm, əcdadlarımın köhnə albomlarına baxdım, onlar üçün dua etdim. Filip Kirkorov kimi bir oğlan olduğumu anladım. Mən öz ölkəmin vətənpərvəriyəm, buna görə də bütün Rusiya xalqından üzr istəyirəm”– deyə o, 15 may tarixli Telegram kanalındakı paylaşımında yazıb.


Mayın 16-da yerli hökumətyönlü nəşr olan “Bankfax” siyasətçinin Roman Aleşin adı ilə göründüyü müsahibəni dərc edib. Bundan əvvəl özünü Yuliya adlandıran Aleşin Vətəndaş Təşəbbüsü partiyasının Altay bölməsinə rəhbərlik edirdi.

 

 

Siyasətçi bildirib ki, 2024-cü ilin əvvəlindən 1 il - 2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrına kimi rəhbərlik etdiyi “Vətəndaş Təşəbbüsü” regional bölməsini tərk edib. Sonra lider postunu onun anası tutsa da, o da oğlu ilə birlikdə partiyanı tərk edib.

 

Roman Aleşin siyasətə qayıtmayacağını açıqlayıb. O, kilsə təhsili almağı və din xadimi olmağı planlaşdırır.


O, həmçinin cinsini dəyişmək istəyinin onun üçün əcdadlarının günahlarına görə bir cəza olduğunu bildirir. İndi o, özünün və əcdadlarının günahlarını yumaq istəyir.

 

Xatırladaq ki, bir müddət əvvəl Roman Aleşin müsahibəsində 2020-ci ilin iyununda Yuliya Aleşinanın adına pasport aldığını, 2021-ci ilin oktyabrında isə Vətəndaş Təşəbbüsü Partiyasının Altay bölməsinə rəhbərlik etdiyini bildirmişdi. 2022-ci ilin payızında Dövlət Duması “LGBT təbliğatını” qadağan edən qanunu qəbul edəndə Aleşin bu vəzifədən istefa verib. 

 

2023-cü ildə siyasətçi Altay diyarının qubernatoru seçkilərində iştirak etməyi planlaşdırsa da, dəstək üçün lazımi sayda imza toplaya bilməyib.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

53 şagird qidadan zəhərləndi - Türkiyədə

Türkiyədə 53 şagird qidadan zəhərlənib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Gül...

Dəmrov olan hissəyə molla duası….- Biabırçılıq+VİDEO

Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar.   Sfera.az  xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pedia...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...

Birinci siniflərə şagird qəbuluna başlanılır

Sabah saat 11:00- dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.   S...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həb...

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla...