Tayvanda parlament iclasında kütləvi dava - VİDEO

Tayvanda parlament iclasında kütləvi dava - VİDEO

Tayvan parlamentində bu gün yeni prezident Lai Çinq-tenin andiçmə mərasiminə bir neçə gün qalmış xaos yaşanıb. Deputatlar parlament islahatları ətrafında mübahisə edərək genişmiqyaslı dava salıblar.


Sfera.az bildirir ki, Tayvan parlamentində baş verən irimiqyaslı dava nəticəsində Demokrat Partiyasının deputatı Quo Quo Ven kürsüyə çıxıb və qanun layihəsini götürüb qaçıb. Onun həmkarı Puma Şen yaralanıb və iclas zalını xərəkdə tərk edib. Mübahisə əsas müxalif “Kuomintang” partiyası və onun müttəfiqlərinin hökumətə nəzarət etmək üçün parlamentə daha böyük səlahiyyətlər vermək istəyi ilə bağlı yaranıb.

 

Buraya Parlamentdə yalan ifadələr verən məmurları cinayət məsuliyyətinə cəlb etmək üçün mübahisəli bir addım - Lainin Demokratik Tərəqqi Partiyası tərəfindən “hakimiyyətdən konstitusiyaya zidd sui-istifadə" kimi rədd edilən təklif daxildir.


Qeyd edək ki, yanvarda keçirilən prezident seçkilərində Lai Çinq-te qalib gəlsə də, onun partiyası 113 yerlik parlamentdə mütləq çoxluğu qazana bilməyib.

 

“Kuomintang” və “Tayvan Xalq Partiyası”ndan olan qanunvericilər demokratların tribunanı ələ keçirməsinin qarşısını almaq üçün parlamentin kənarında və daxilində müdafiə xətləri qurublar.

 

Demək olar ki, bütün parlamentarilərin iştirak etdiyi genişmiqyaslı dava nəticəsində Quo Quo Ven kürsüyə çıxaraq qanun layihəsini götürərək qaçıb, digər demokrat Puma Şen isə yaralanıb və xərəkdə parlamentdən aparılıb. Daha bir neçə deputatın da yaralandığı bildirilir. Tez-tez "canlı demokratiya" adlandırılan Tayvanın zəngin parlament daxili çəkişmə tarixi var.


2020-ci ildə ABŞ-dan donuz əti idxalını yüngülləşdirməklə bağlı mübahisə zamanı KMT millət vəkilləri Baş nazir Su Tseng-changa vedrələrlə donuz əti atıblar və döşəmədə dava etməyə başlayıblar.

 

Nəticədə, bəzi deputatlar bir-birinin üstünə donuz ürəkləri və digər orqanları atmağa başlayıblar.


Elə həmin il pensiyaların kəsilməsi ilə bağlı mübahisə deputatların bir-birinə su şarları atması ilə nəticələnib.

 

2006-cı ildə yaddaqalan başqa bir hadisədə Demokrat Partiyasının siyasətçisi Wang Shuhui Çinlə birbaşa nəqliyyat əlaqələri ilə bağlı mübahisəli təklifi dayandırmağa çalışıb və az qala kağız üzərində boğulub. 

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həb...

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla...

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurur vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.   Sfera.az Kamran Əliyevin dosyesini tə...

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...