Sankt-Peterburq Hərbi Akademiyasının ərazisində partlayış oldu

Sankt-Peterburq Hərbi Akademiyasının ərazisində partlayış oldu

Rusiyanın Sankt-Peterburq şəhərində Budyonnı adına Hərbi Rabitə Akademiyasının ərazisində partlayış səsi eşidilib. Müvafiq xidmətlər hadisə yerinə gedib.

 

Sfera.az xəbər verir ki,Rusiyalı jurnalistlər əvvəlcə Sankt-Peterburqdakı təhsil müəssisəsinin pilotsuz təyyarə ilə hücuma məruz qaldığını güman etsə də, yerli hakimiyyət bu versiyanı təkzib edib. Ümumilikdə 7 nəfər yaralanıb.

 

Hadisənin pilotsuz təyyarənin hücumu nəticəsində baş verdiyini heç kim rəsmi olaraq təsdiqləməyib. Yaralananlardan birinin vəziyyəti ağır olduğundan təcili reanimasiyaya yerləşdirilib.


Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov özünün Telegram kanalında  jurnalistləri çaxnaşma yarada biləcək və ya zərər verə biləcək məlumatları yerləşdirməməyə çağırıb.

 

"Budyonnıy Rabitə Akademiyasında baş verən insident Müdafiə Nazirliyinin məsuliyyətinə daxildir və terror xarakteri daşımır, zərərçəkənlərə yardım göstərilir” - deyə məlumatda bildirilir.


Hərbi Dairənin mətbuat xidmətindən, İkinci Dünya Müharibəsindən qalan sursatların özbaşına partlaması baş verdiyi bildirilib. Hadisə zirzəmilərdən birinin təmizlənməsi zamanı baş verib. Rusiya hakimiyyəti partlayışın zibil konteynerinə boşaldarkən baş verdiyini bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Birinci siniflərə şagird qəbuluna başlanılır

Sabah saat 11:00- dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.   S...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həb...

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla...

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurur vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.   Sfera.az Kamran Əliyevin dosyesini tə...