Ukrayna Rusiya ilə gizli danışıqlar aparır?

Ukrayna Rusiya ilə gizli danışıqlar aparır?

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, Ukrayna Rusiya Federasiyası ilə gizli danışıqlar aparmır.


Sfera.az xəbər verir ki, “Times of Ukraine Telegram” kanalında yayımlanan videoda o, “Aramızda heç bir gizli danışıqlar yoxdur” deyib.



Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl jurnalistlərlə görüşü zamanı Qərb ölkələrinin Kiyevi Moskva ilə danışıqlara sövq etmədiyini bildirsə də, “müvafiq atmosferin olduğunu” qeyd edib.



Xatırladaq ki, 2022-ci ilin payızında Ukrayna prezidenti fərmanla Rusiya Federasiyası ilə danışıqları qadağan edib. Bununla belə, Kiyev üçüncü ölkələrin mümkün dinc həll yollarından imtina edərək, öz “sülh formulu”nu fəal şəkildə təbliğ edir .



Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Kreml Zelenskinin “sülh formulu” altında tədbirlərdə iştirak etməyi planlaşdırmır, çünki bu təşəbbüs Rusiya Federasiyasının mövqeyini nəzərə almır.
 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...

Birinci siniflərə şagird qəbuluna başlanılır

Sabah saat 11:00- dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.   S...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həb...

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla...

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...