Şahzadə Harri və Meqan Markl yeni uğursuzluğa düçar oldular

Şahzadə Harri və Meqan Markl yeni uğursuzluğa düçar oldular

Şahzadə Harri və Meqan Marklın “Archewell” Fondunda (“Archewell Foundation”) qanun pozuntusu aşkar edildikdən sonra fonda pul yığmaq və ya xərcləmək qadağan edilib. Belə ki, “Archewell”in rüsumları ödəmədiyi və hesabat təqdim etmədiyi məlum olub.

 

Sfera.az bildirir ki, tələb olunan illik maliyyə hesabatlarını təqdim etmədiyi üçün Sussex Hersoqlarının fondu vaxtı keçmişlər siyahısına daxil edilib.
Nəzarət orqanının (Kaliforniya Xeyriyyə və Fandreyzinq Təşkilatları Reyestri) qərarına görə, “Archewell Foundation” yaxşı reputasiyaya malik deyil. Fonda ianələr 13 milyon dollardan 2 milyon dollara düşüb və azalmaqda davam edir.


2020-ci ildə böyük səs-küylə qurulan “Archewell Fondu” bu ilin yanvarında müflis elan edilib. Səbəb, 2023-cü ilin fevralından başlayaraq, qeydiyyatın yenilənməsi və ya yenilənmə haqqı ilə bağlı illik hesabat təqdim etməmələri olub.


Bu il mayın 3-də fond Kaliforniyanın Baş Prokurorluğundan qanun pozuntusu və gecikmiş ödəniş cəzaları ilə bağlı xəbərdarlıq, habelə qeydiyyatdan keçmiş statusunun dayandırılması və ya ləğv edilməsi təhlükəsi barədə xəbərdarlıq alıb.

 

"Hüquq pozucuları siyahısına daxil edilmiş təşkilat yaxşı vəziyyətdə deyil, o cümlədən xeyriyyə vəsaitlərinin toplanması və ya ödənilməsi ilə məşğul olmaq qadağandır. Təşkilat həmçinin cərimələrə məruz qala bilər, Reyestr tərəfindən qeydiyyatı dayandırıla və ya ləğv edilə bilər"- sənəddə yazılır.

 

Fondun problemləri arasında isə Şahzadə Harri və Meqan Markl Nigeriyaya üç günlük səfərləri zamanı Abujadakı “GEANCO” Vəqfi ilə “Archewell” Fondu arasında əməkdaşlığın genişləndirildiyini artıq elan ediblər.

 

“Archewell” tərəfindən 2023-cü ilin dekabrında açıqlanan vergi bəyannaməsinə görə isə, qeyri-kommersiya təşkilatına edilən ianələr 2022-ci ildə əvvəlki illə müqayisədə 11 milyon dollar azalıb. Xeyriyyə təşkilatı 2021-ci ildəki 13 milyon dollarla müqayisədə 2022-ci ildə 2 milyon dollardan bir qədər çox xeyriyyə ianəsi alıb.

 

“Archewell” 2021-ci ildə 9 milyon dollardan çox gəlir əldə etdiyini bildirsə də, 2023-cü ilin dekabr ayına qədər olan hesabatlar şirkətin 2.67 milyon dollarlıq xərclərə görə 2022-ci ilə qədər artıq 674.000 dollardan çox zərər verdiyini göstərib.

 

Elə həmin ay “Archewell”in baş icraçı direktoru və Sasseksin PR direktoru Ceyms Holtun 2022-ci ildə 20,000 dollar bonus da daxil olmaqla 277,405 dollar maaş aldığı məlum olub. Bu, təşkilatın ilk ili (2021-ci ildəki) 60,000 dollardan az maaşından 280% artım deməkdir.


Bir vaxtlar Harri və Meqan oğulları Arçinin adını daşıyan fondun yaxşılıq etmək üçün yaradıldığını iddia edirdilər. Onlar bildiriblər ki, fondun üç əsas diqqət sahəsi var: internetdə daha yaxşı dünya qurmaq, informasiyaya inamı bərpa etmək və hər şeydən əvvəl icmaları yüksəltmək. 


Lakin 1992-ci ildə Amerika Xeyriyyəçilik İnstitutu kimi qurulan və Birləşmiş Ştatlarda yeganə müstəqil xeyriyyə təşkilatı olan “CharityWatch”a görə, “Archewell” qeyri-adekvat idarəetmə və şəffaflığa malikdir. Yanvar ayında onlar fondda ən son maliyyə hesabatlarını yoxlasalar da, sorğu cavabsız qalıb və nəzarətçi onu qiymətləndirə bilməyib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...

Leyla Əliyeva yenilənən növbəti həyətin AÇILIŞINDA -FOTO

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Y...

Bakının bu əraziləri yenidən qurulacaq

"Papanin", “Kubinka” və digər ərazilərdə yenidənqurma işləri görüləcək.   Sfera.az xəbər verir ki, bu barədə memar Cahid Həsəno...