"Avroviziya 2024" başladı - VİDEO

Kateqoriya məlum deyil
T
68-ci "Avroviziya" mahnı müsabiqəsinin finalı başlayıb.
Sfera.az-ın məlumatına görə, İsveçin Malmö şəhərində 25 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparır.
Finala vəsiqə qazanan ölkələr İsveç, Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, Latviya, Avstriya, Norveç, İsrail, Yunanıstan, Estoniya, İsveçrə, Gürcüstan, Ermənistan, Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksenburqdur.
Niderland finala vəsiqə qazansa da yarımfinalda çıxışından sonra baş vermiş insidentə görə müsabiqədən uzaqlaşdırılıb.
Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər.






