İranda polislər tərəfindən döyülən tanınmış yazıçı insult keçirdi

Kateqoriya məlum deyil
T
İranda repressiv qüvvələr tərəfindən döyülən tanınmış yazıçı və rejissor Zəhra Şəfii insult keçirdib.
Sfera.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegeram” kanalı insan haqları üzrə vəkil Səid Dehqana istinadla xəbər verib.
Bildirilib ki, insulta səbəb müxalif fikirləri ilə tanınan yazarın 2023-cü il sentyabrın 16-da həbs olunarkən hökumət qüvvələri tərəfindən başına vurulan ağır zərbələr olub.
Hazırda Zəhra Şəfii xəstəxanaya yerləşdirilib. Onu şişin çıxarılması üçün beyin əməliyyatı gözləyir.






