Trampla bağlı SƏS-KÜYLÜ İDDİA: “Prezident seçilərsə, onları öldürəcək” 

Trampla bağlı SƏS-KÜYLÜ İDDİA: “Prezident seçilərsə, onları öldürəcək” 

ABŞ-də prezident seçkilərində yenidən namizəd olan Donald Trampla bağlı iddialar gündəm olub.

 

Sfera.az bildirir ki, bu barədə “Telegraph” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Tramp prezident seçilərsə, Meksikadakı narkotik dəstələrinin liderlərini öldürmək üçün müəyyən planlar qurur:

 

“Tramp seçiləcəyi halda, Meksika dövlətinin icazəsi olmadan belə, ABŞ ordusunun xüsusi əməliyyat qüvvələrinin qoşunlarını göndərmək fikrini yaxın ətrafı ilə bölüşüb. Daha əvvəl belə əməliyyatların keçirilməməsinə təəccüblənən Respublikaçı namizəd “Bizim onlardan daha amansız qatillərimiz var” - söyləyib”.

 

İddialara görə, sabiq Ağ Ev rəhbəri bildirib ki, bu üsulla ABŞ-yə daxil olan narkotiklərin miqdarı ciddi şəkildə azalacaq. Onun fikrincə, xüsusi əməliyyatlarda öldürüləcək narkotik baronlarının siyahısı da lazımdır.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...

Bakıda ermənilərin növbəti məhkəməsi - FOTOLAR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

75 yaşlı sürücü avtomobili izdihamın üzərinə sürdü: Ağır yaralılar var - FOTOLAR

Aprelin 30-da Danimarkanın paytaxtı Kopenhagenin mərkəzi küçəsində avtomobil yerli çörək zavodunun yaxınlığında izdihamın üzərinə sürüb. Toqquşma nəticəsində az...