Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaqda ittiham edib.

 

Sfera.az bildirir ki, təxminən 20 il cütlük üçün işləyən keçmiş komando, Colinin altı uşağı ilə atalarınıb arasını pozduğunu iddia edir.


Qalmaqallı iddiaların təfərrüatlarını əks etdirən sənədlər, cütlüyün Fransadakı “Chateau Miraval” üzüm bağlarını satmaq hüququ uğrunda qızğın mübarizə davam edərkən yayımlanıb.

 

İddiaya görə, Coli 2021-ci ildə 62 milyon dollarlıq payını rusiyalı milyarder Yuri Şeflerə satıb. Bu, Pittin Coliyə ilkin imtina hüququ verməklə bağlı razılaşmalarına zidd olub. 


Qeyd edək ki, “Chateau Miraval” məşhur qızılgül şərabı istehsal edir. Pitt ümid edirdi ki, Coli biznesdəki payını satmaq qərarına gəlsə, ilk təklifi ona verəcək. Buna görə də, keçmiş həyat yoldaşının rus oliqarxı ilə sövdələşməsi onun üçün şok və məhkəməyə müraciət etmək üçün əsas səbəb olub.

 

Toni Uebb keçmiş Britaniya xüsusi təyinatlılarının əsgəridir. O, 2000-ci ildən başlayaraq 20 ildən çox ailə üçün çalışıb. Toni iddia edir ki, boşandıqdan sonra iki təhlükəsizlik işçisi Pittə sığındığı üçün, Coli onu işdən çıxarıb.

 

Uebb qeyd edib ki, Colinin şəxsi köməkçisi iki tabeliyində olan işçinin məhkəmədə ifadə verəcəkləri məlum olduqdan sonra onlara qarşı məhkəmə açacağı ilə hədələyib. Uebbin həmkarı da aktrisanın uşaqlarda Pittə qarşı mənfi rəy formalaşdırdığını şəxsən eşitdiyini deyib. 


Qeyd edək ki, Ancelina Coli və Bred Pitt arasında 2016-cı ildən bəri uşaq qəyyumluğuna görə məhkəmə çəkişmələri davam edir.

 

Öz ifadəsində Uebb iddia edir ki, onun podratçılarından ikisi keçmiş cütlüyün qəyyumluq məhkəməsində ifadə vermək üçün çağırılıb, Coli ilə uşaqlar arasındakı söhbətləri ifşa ediblər. Sənəddə o, Colinin şəxsi köməkçisi Maykl Vieyranın əmrlərini mütəmadi olaraq yerinə yetirdiyini öyrəndiyini deyir.

 

Mühafizəçi vurğulayıb ki, birbaşa işçiləri deyil, müstəqil podratçı olduqları üçün iki şəxsin ifadə verməsinə Colinin mane olmaq səlahiyyəti yoxdur. 

 

Sənədlərdə iddia edilir ki, Vieira daha sonra Uebbə hər iki şəxsin Coli ilə ifadə verməmək barədə müqavilə bağladıqlarını bildirib. İfadə verəcəkləri təqdirdə, Coli onları məhkəməyə verəcəyi barədə xəbərdarlıq edib.

 

İddiada olan məlumata görə, Coli uşaqlarının ataları ilə ünsiyyət qurmaqlarını istəmir. 


Pittin komandası da Colini ifadə verməmək haqqında müqavilələrindən sui-istifadə etdiyini iddia edir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...