Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adətdir. Küçənin ortasında gil qab qırılanda minlərlə yerli sakin və turist bu mənzərəni seyr edir, sevinir. Bu il bir isə bu adət qeyd olunarkən az qala faciə baş verəcəkdi.
Sfera.az bildirir ki, yerli meriyanın pəncərəsindən təntənəli şəkildə atılan nəhəng qab binanın yanından keçən və ətrafa əhəmiyyət verməyən qadının başına düşüb. Hadisənin günahkarı şəhər merinin müavini Spiros Xalikiopulo olub. O, yoldan keçən insanlara fikir verməyib.
Sosial şəbəkələrdə yayılan videoda mer müavininin aşağıda səkidə gedən iki nəfərə fikir verməyərək balkondan qabı itələdiyi görünür. Daha sonra qırıntıların asfalta necə səpələndiyi, izdihamdan qışqırıq səslərinin eşidildiyi, qorxudan ətrafdakıların qadınların köməyinə tələsdiyi göstərilir.
Zərərçəkənlərdən biri xəstəxanaya çatdırılıb. Xalikiopulo da dərhal xəstəxanaya gedib.
“Mer müavinləri pəncərənin qarşısındakı ərazini yoxlayaraq bütün təhlükəsizlik tədbirlərini nəzərə alsalar da, qab atılan zaman iki gənc anidən yoldan keçib. Nəticədə onlardan biri baş və çiynindən zərbə alıb”- deyə məlumatda bildirilir.
Yeri gəlmişkən, haradan qaynaqlandığını heç kim dəqiq bilməsə də, bu qəribə ənənənin yaranmasında 14-18-ci əsrlər arasında Korfunu idarə edən venesiyalıların böyük rol oynadığı məlumdur.
Aynil
Sfera.az