Braziliyada daşqın nəticəsində ölənlərin sayı 107 nəfərə çatdı

Dünya
22:28 / 09.05.2024
5528
Braziliyanın cənubundakı Rio Grande do Sul ştatında güclü yağışların səbəb olduğu sel fəlakətinin nəticələri getdikcə daha da pisləşir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Rio Grande do Sul Mülki Müdafiə tərəfindən verilən açıqlamada daha 7 nəfərin həyatını itirdiyi, ümumi itkilərin isə 107-yə yüksəldiyi açıqlanıb. Açıqlamada 136 nəfərin itkin düşdüyü bildirilib. Qeyd olunub ki, 164 mindən çox insan daşqın səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
İnci