Bu ölkədə yüzlərlə uçuş LƏĞV EDİLDİ - SƏBƏB

12:25 / 09.05.2024
2666
Hindistanda yerləşən Air India Express aviaşirkəti 100-dən çox kabin heyətinin qəfildən xəstəlik məzuniyyəti alması səbəbindən 90-dan çox reysi ləğv etməli olub.
Sfera.az xəbər verir ki, bu barədə Air India Express-in Baş İcraçı Direktoru Aloke Singh açıqlama verib.
O, açıqlamasında 100-dən çox kabin heyətinin son anda xəstələndiyini bildirib.
“Uçuşları həyata keçirmək üçün bütün resurslar səfərbər edilib və uçuş cədvəlinə yenidən baxılır”.
Asya