Yer kürəsində 11 ay dalbadal rekord dərəcədə isti hava davam edib

Dünya
20:50 / 08.05.2024
3561
2024-cü ilin aprel ayı Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olub.
Sfera.az xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidməti "Copernicus" (C3S) ekspertləri bu qənaətə gəliblər.
C3S-in məlumatına görə, keçən ay qlobal temperaturlar tarixi orta göstəricilərdən 1,58°C yuxarı olub və bu, apreldə rekord həddə çatıb.
Bundan əlavə, son 12 ay ərzində Yer kürəsində temperatur əvvəlki səviyyədən 1,61°C yuxarı qalxaraq təhlükəsiz istiləşmə həddini 1,5°C keçib.
Qeyd edək ki, C3S hesablamaları aylıq və mövsümi proqnozlar hazırlamaq üçün dünya üzrə peyklərdən, təyyarələrdən, gəmilərdən və hava stansiyalarından alınan ölçmələrə əsaslanır.
İnci
sfera.az