Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs cəzasına məhkum edilib.  Bu işin təfərrüatları indi məlum olub. 

 

Sfera.az bildirir ki, Səudiyyə rəsmiləri bu yaxınlarda məhkəmənin qərarı ilə bağlı BMT-nin sorğusuna cavab verərək, Manael əl-Otaibinin ifadə azadlığı məsələsi ilə heç bir əlaqəsi olmayan cinayətə görə həbs edildiyini iddia edib.

 

Londonda (Böyük Britaniya) yerləşən “Amnesty International” və “Al Qst” hüquq müdafiə təşkilatlarının nümayəndələri bu izahatı tənqid ediblər.

 

Onların fikrincə, bloqqer geyim seçimi və sosial şəbəkələrdə “kişi qəyyumluğunu ləğv et” həştəqi qoyduğu yazılara görə problemlə üzləşib. İnternetdə yayımlanan videolardan birində abaya (uzun xalat) olmadan alış-verişə gedən qızı görmək olar. Bu, yəqin ki, təxribat kimi qəbul edilib.

 

Əl-Otaibinin mühakimə olunduğu antiterror qanunu BMT tərəfindən müxalif fikirlərlə mübarizə üçün çox geniş alət kimi qiymətləndirilir.

 

"Manaelin 11 il həbs cəzasına məhkum edilməsi dəhşətli və qəddar ədalətsizlikdir. Bu hökmlə Səudiyyə hakimiyyəti son illərdə qadın hüquqları sahəsində çox açıqlanan islahatların mənasızlığını ifşa etdi və müxalif fikirləri yatırmağa sadiq olduqlarını nümayiş etdirdilər"- “Amnesty” təşkilatından Beynəlxalq koordinator. Bissan Fakih bildirib.

 

Səudiyyə Ərəbistanı öz növbəsində BMT-yə göndərdiyi məktubda nüfuzlu insan haqları təşkilatlarının bütün ittihamlarını rədd edib.

 

Aynil

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...