HƏMAS atəşkəs və girov razılaşmasını qəbul etdiyini ELAN EDƏCƏK

HƏMAS atəşkəs və girov razılaşmasını qəbul etdiyini ELAN EDƏCƏK

"HƏMAS yaxın saatlarda Misirin atəşkəs və girovların azad edilməsi təklifini qəbul etdiyini açıqlayacaq".

 

Sfera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Əl-Şərq xəbər kanalı məlumat yayıb.

 

Xəbərdə son saatlarda Misir, Qətər, İsrail və HƏMAS nümayəndə heyətləri arasında razılaşmada sərbəst buraxılacaq məhbuslarla bağlı intensiv danışıqların davam etdiyi bildirilib.

 

Məlumata görə, razılaşmanın üçüncü mərhələsində HƏMAS ABŞ-dən atəşkəs, İsrailin Qəzza zolağından tamamilə çıxması və İsrail qüvvələrinin döyüşləri davam etdirməyəcəyi ilə bağlı söz alıb.

 

Misir dövlət mediası "Al-Qahera News" isə HƏMAS nümayəndə heyətinin Qəzzada təklif olunan atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların son raundu üçün Misirə getdiyini yazıb.


Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR