Leo Messi ailəsi ilə görüntülərini paylaşdı - FOTOLAR

Leo Messi ailəsi ilə görüntülərini paylaşdı - FOTOLAR

36 yaşlı argentinalı futbolçu Lionel Messi hər üç oğlu və həyat yoldaşı ilə fotolarını paylaşıb. 

 

Sfera.az bildirir ki, məşhur futbolçu 500 milyondan çox abunəçisi ilə İnstaqramda ailə kadrlarını bölüşüb.

 

Qeyd edək ki, Messi və onun seçdiyi həyat yoldaşı bir-birini uşaqlıqdan tanıyır. Lakin bir müddət sonra bir sıra səbəblərdən yenidən görüşməyə başlayan cütlük, 2017-ci ildə ailə qurublar.

 

Messinin paylaşdığı ilk fotoda Thiago, Mateo və Ciro, həmçinin onların anası Antonella Roccuzzo yer alıb. Leo Messinin övladları eyni tünd futbol formasında poza veriblər.

 

Bu arada, Antonella da həyat yoldaşının görünüşünü tamamlayan qara top və xaki şalvarda görünüb. İkinci fotoda Messi və Antonella birlikdə poza veriblər.

 

Messi fotolarını "Ailə" başlığı ilə paylaşıb.

 

Qeyd etdiyimiz kimi, "İnter Mayami"nin futbolçusu sevgilisi ilə 2017-ci ildən evlidir. Onların bu evlilikdən üç övladı var. 

 

Antonella futbolçunu yeddi yaşından tanıyır. Onların hər ikisi Argentinanın Rosario şəhərindəndir. Böyüdükdən sonra cütlüyü yenidən Antonellanın qardaşı və Messinin “Newell's”dən komanda yoldaşı olan Lucas Scalla yenidən bir araya gətirib. Sonradan gələcək həyat yoldaşları uzaqlığa  görə ayrılıb. Çünki həmin vaxt Messi “Barcelona”da oynamağa başlamış, sevgilisi isə Argentinada qalmışdı. 

 

Onlar yalnız 2004-cü ildə görüşməyə başlayıblar. Antonellanın ən yaxın rəfiqəsi avtomobil qəzasında həlak olanda, Messi ona dəstək olmaq üçün vətəninə uçub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...