Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Dünya
23:04 / 25.04.2024
3827
Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür.
Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şəbəkədəki X səhifəsində məlumat verib.
Mask yazıb: “Siyasi olaraq söyləmək üçün məqbul olan və əslində əldə edilməli olan arasında heç bir uyğunluq yoxdur”.
Daha əvvəl Mask ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yeni yardım paketinin təsdiqini şərh edib. O qeyd edib ki, ABŞ-nin Ukraynanın müharibədən çıxması üçün strategiyası yoxdur.
Bundan sonra Ukrayna prezidentinin aparat rəhbəri Volidimir Zelenskinin müşaviri Mixail Podoliak bəyan edib ki, Maskın heç bir məntiqi yoxdur.
İnci
sfera.az