Yaponiyanın iki helikopteri okeana düşdü

Kateqoriya məlum deyil
T
Yaponiya Hərbi Dəniz Qüvvələrinə məxsus 8 nəfəri daşıyan iki helikopter gecə təlim uçuşu zamanı Sakit Okeana düşüb.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, model SH-60K olan hər iki helikopterlərlə əlaqə kəsilib.
Qəzanın səbəbi hələ müəyyən edilməyib. Bölgədə axtarış-xilasetmə işləri davam edir.






