Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

 

Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını zorakılıqdan çəkinməyə çağırıb. 


Təhlükəsizlik qüvvələri etirazçıları parlamentin yan girişlərindən uzaqlaşdırmağa çalışır ki, hakim “Gürcü arzusu” partiyasının üzvləri binanı tərk etsinlər. Etirazçılar arasında zərərçəkənlər var.

 

Qeyd edək ki, Gürcüstanda “xarici agentlər haqqında” qanun layihəsinə etirazlar davam edir.

 

KİV-in məlumatına görə, xüsusi təyinatlılar bəzi etirazçılara qarşı fiziki güc tətbiq edib. Bundan əlavə, təhlükəsizlik qüvvələri vaxtaşırı gözyaşardıcı qazdan istifadə edir.

 

Ölənlərin olduğu bildirilir.

 

Gürcüstan Daxili İşlər Nazirliyi xəbərdarlıq siqnalını işə salıb və bundan sonra adətən su şırnaqlarından istifadə edərək aksiyanı dağıtmağa başlayır. Polis etirazçıları parlamentin həyətinə yan girişlərdən uzaqlaşdırmağa çalışır.

 

“Təhlükəsizlik qüvvələri rezin güllələrlə silahlanmışdır”- deyə jurnalistlər bildiriblər.

 

Bildirilir ki, xüsusi təyinatlılar hakim partiya üzvlərinin parlamenti maşınla tərk edə bilməsi üçün ərazini təmizləməyə çalışır. Bəzi jurnalistlər təhlükə səbəbindən hadisə yerini tərk etmək məcburiyyətində qalırlar.

 

Təhlükəsizlik qüvvələri də binanın həyətində cəmləşib. Etirazçılara qarşı qaz balonlarından istifadə edilir.


Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını hüquq-mühafizə orqanlarının əməkdaşlarının göstərişlərinə qulaq asmağa, polis əməkdaşlarına qarşı zorakılıq və hücumlardan çəkinməyə çağırıb.

 

"Mitinq zamanı Daxili İşlər Nazirliyinin bir əməkdaşı artıq xəsarət alıb. Əgər aksiya iştirakçıları qanunsuz hərəkətləri davam etdirsələr, Daxili İşlər Nazirliyi tərəfindən qanunla nəzərdə tutulmuş xüsusi tədbirlər görüləcək"- deyə mətbuat xidmətindən bildirilib.

 

“Gürcü Arzusu” partiyasının lideri Mamuka Mdinaradze müxalifətin xalqa çıxmaq çağırışlarına cavab verib. O, heç vaxt rəqiblərini “bir ideya uğrunda ölmək” riskinə sövq etməyəcəyini bildirib.


Xatırladaq ki, “Tbilisi life” aprelin 15-də Gürcüstanda azı 14 etirazçının saxlandığını bildirib. Prezident Salome Zurabişvili bildirib ki, ölkə yenidən sovetləşməyə təslim olmayacaq.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...