Baydenin 1 illik qazancı bəlli oldu

Baydenin 1 illik qazancı bəlli oldu

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı 2023-cü ildə 620 min dollar qazanıb.



Sfera.az xəbər verir ki, bu barədə məlumatlar Ağ Evin saytında dərc olunan vergi bəyannaməsində öz əksini tapıb.



"Prezident və birinci xanım birgə vergi bəyannaməsi təqdim ediblər və ümumi gəliri 619 976 dollar təşkil edib", - Ağ Evin saytında deyilir. Bu məbləğin demək olar ki, dörddə biri federal gəlir vergilərinin ödənilməsinə yönəldilib. Bayden və həyat yoldaşı xeyriyyə fonduna 20 min dollardan bir qədər çox pul bağışlayıblar.



Məlumat üçün bildirək ki, ABŞ-nin vitse-prezidenti Kamala Harris və ərinin 2023-cü ildəki gəliri 450 min dollardan bir qədər çox olub. 2022-ci ildə Amerika lideri və həyat yoldaşı daha az pul qazanıb. Ağ Evin sənədlərinə görə, onların gəlirləri təxminən 580 min dollar olub. Onlar 20 müxtəlif xeyriyyə təşkilatına 20 100 dollar bağışlayıblar.

İnci


OXŞAR XƏBƏRLƏR